Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonu, Polad Həşimov küçəsindəki iki binanın sakinləri istiliksiz qalıb.
İstilik verilməsi prosesi noyabrın 15-də başlasa da, bu binalara istilik hələ də verilməyib. Sakinlər iddia edirlər ki, problemin qaynağı ərazidəki parkla əlaqəlidir.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-dən "Xəzər Xəbər"ə bildirilib ki, ərazidə qəza baş verib və ən qısa müddət ərzində məsələ öz həllini tapacaq.
Sakinlər ümid edir ki, işlər qısa vaxt ərzində yekunlaşacaq.
Ətraflı süjetdə: