Bizim media saytına istinadən Icma.az xəbər verir.
“Bakının Xətai rayonunda çox sayda doqquzmərtəbəli binaların zirzəmiləri kanalizasiya suları ilə dolub. Həyətlərin abadlaşdırılmasına ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Qüdrət Həsənquliyev parlamentin dörd komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, küçə itləri üçün sığınacaq tikilməsini təklif edib:
"Küçə itləri baş alıb gedir. Onlar üçün sığınacaq yaradılmalıdır. Təəssüf ki, bu məqsədlə vəsait ayrılmır və bu problem ciddi olaraq qalır, insanlarımızı narahat edir".
Günay Şahmar, Bizim.Media