Xətai rayonunda “Muğam axşamı” keçirilib

27.08.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 avqust, AZƏRTAC

26 Avqust - Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Muğam axşamı” adlı təntənəli konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, açıq səma altında təşkil edilən mədəniyyət tədbirində Xalq artistləri Mələkxanım Eyubova, Nəzakət Teymurova, Əməkdar artistlər Təyyar Bayramov və Cabir Abdullayevin, həmçinin tanınmış xanəndələrin ifasında milli muğamlar, təsniflər və xalq mahnıları təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью