Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Bu gün saat 11:30-dan etibarən Xətai rayonunun M. Hadi, X. Məmmədov, K. Kərimov və Cavanşir küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, bu, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədardır.
Qazın verilməsi yaxın saatlarda bərpa olunacaq.