Xətai rayonunda yaşıllıq məhv edildi FOTO

02.02.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Bakının Xətai rayonunda yerləşən Süleyman Vəzirov küçəsində yaşıllıq ərazi məhv edilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı jurmalist Ədil Hüseynli sosial şəbəkə hesabında müqayisəli foto paylaşıb.

Fotoda yaşıllıq ərazinin hasara alındığı, ardınca isə bir vaxtlar mövcud olan sıx yaşıllığın tamamilə məhv edildiyi, texnika cəlb edilərək, yerində hamarlama işləri aparıldığı açıq şəkildə görülür.

Jurnalistin sözlərinə görə, yaşıllıq ərazi 1 gecədə məhv edilib.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, paytaxt ərazisində ağacların kəsilməsi yalnız müvafiq icazə əsasında mümkündür və hər bir kəsilmiş ağac üçün bərpa tədbirləri görülməlidir.

Asena,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью