Xətai rayonunda yeni nəqliyyat svetoforları quraşdırılıb

14.07.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 iyul, AZƏRTAC

Nizamlanmayan yolayrıcında piyada və sürücülər üçün yaranan xaotik vəziyyət aradan qaldırılıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Xətai rayonu, Mərkəzi Bulvar və İlqar Mirzəyev küçələrinin kəsişməsində yeni nəqliyyat svetoforları quraşdırılıb.

Yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan svetoforlarda piyada bölmələri də istifadəyə verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью