Xətai rayonunda yerləşən moteldə yanğın baş verib

08.08.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən moteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 465 m² olan birmərtəbəli moteldə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində motelin 4 otağının yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью