Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq

05.11.2024

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Sherg.az” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Keşlə QPS-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Xətai rayonunun Corad və Ş.Səmədov küçələrinin, eləcə də H.Aslanov qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью