Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq AzPolitika onlayn siyasiictimai qəzet

05.11.2024

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Report” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Keşlə QPS-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Xətai rayonunun Corad və Ş.Səmədov küçələrinin, eləcə də H.Aslanov qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью