Xətai rayonunun bir hissəsində qaz olmayacaq

14.01.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabah paytaxtın Xətai rayonu, Gəncə prospektində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, Gəncə prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 15.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью