Xətai rayonunun qazı KƏSİLƏCƏK

14.01.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Sabah Bakının Xətai rayonu, Gəncə prospektində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Modern.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Gəncə prospekti ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 15-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью