Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xətai rayonu, Kəmaləddin Məmmədli küçəsində yerləşən ikimərtəbəli yaşayış binası qəzalı vəziyyətə düşüb. Sakinlər bildiriblər ki, təxminən 100 il bundan əvvəl tikilən bina artıq istismara yararsızdır və hər an uçmaq təhlükəsi ilə üz-üzə qalıb.
Baku TV-nin məlumatına görə, sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət etsələr də, problemin aradan qaldırılması üçün tədbir görülməyib.
Xətai sakinləri çıxılmaz vəziyyətdə: "Görmürlər ki, nə gündədir?!"
"Başımıza su tökülür, təmir də etmək olmur. Evdə nə hamam var, nə də tualet", - deyə şikayətçi Səbinə Davudzadə şikayətini bildirib.
"Görmürlər ki, şəhərin mərkəzində bina nə vəziyyətdədir?! İstismar müddəti bitmiş bina qalıb burada, gedib təzə binaları sökürlər", - deyə başqa sakin söyləyib.