Xətai və Sabunçuda qaz kəsiləcək

18.09.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hövsan-Digah" magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan işlər yekunlaşanadək Bakının bir sıra ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, fasilə Xətai rayonunun M.Hadi və A.Rəhimov küçələrini, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrini, Babək prospektini, həmçinin Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələri və Fazenda yaşayış massivini əhatə edəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью