Xətaidə 33 kq narkotik ƏMƏLİYYAT Yeni Çağ Media

15.01.2025

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

Xətai rayonu ərazisində keçirilən əməliyyat nəticəsində narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 42 yaşlı Seymur Əliyev saxlanılıb.

Yenicag.az DİN-ə istinadla xəbər verir ki, onun idarə etdiyi avtomobildən 33 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Əliyev narkotiki Biləsuvar rayonu ərazisindən əldə edib və Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıb.

Məhkəmənin qərarı ilə bədəməl haqqında həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью