Xətaidə binada yanğın: üç nəfər zəhərləndi

13.02.2026

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Bu gün saat 00:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-i qadın, 1-i kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərə yerində ilkin tibbi yardım göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью