Xətai­də diqqətsiz sürücü qəzaya səbəb oldu ANBAAN VİDEO

19.08.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Xətai rayonu, NZS qəsəbəsində baş verən yol qəzası anbaan avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 18-də səhər saatlarında qeydə alınıb.

Kadrlardan göründüyü kimi, qəsəbənin dar küçəsində hərəkətdə olan “Toyota Sienta” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsini gözləmədən hərəkətini davam etdirib. Nəticədə o, görüntünü qeydə alan avtomobili vurub.

Qeyd edək ki, dar yollarda sürücülər qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamalı və təhlükəsiz keçidi təmin etməlidirlər. 

Belə vəziyyətdə “Toyota”nın sürücüsü ehtiyatlı davranmalı, sürəti azaltmalı və təhlükəsiz keçidi gözləməli idi. Sürücülərin dar küçələrdə qarşılıqlı diqqətli olması və digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratmaması qəza riskinin qarşısını almaq baxımından vacibdir.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью