Xətaidə “Əkinçi” qəzetinin 150 illiyinə həsr olunmuş tədbir keçirildi Foto Video | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır. Xətai rayonunda“Əkinçi” qəzetinin yaranmasının 150 illiyinə həsr olunmuş tədbir keçir
“Qafqazinfo” xəbər verir ki, tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəl
Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, "EMEDIA GROUP" Media Təşkilatının sədri Elşən Əliyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov, millət vəkilləri Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Elçin Mirzəbəyli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, BŞİH-nin şöbə müdiri Elmir İmanov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, professor Turab Əhmədov, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski, əməkdar jurnalist Etibar Babayev, Türkiyəli jurnalist Fulya Öztürk və digər tanınmış media nümayəndələri, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.
Tədbirin əsas hissələrindən biri olan “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusu simvolik və mədəni yükü ilə diqqət çəkib.
Xalça xalqımızın yaddaşını, tarixini və kimliyini toxunmuş formada əks etdirən dəyərli mirasdır.
Qərbi Azərbaycan torpaqlarında toxunmuş hər bir xalça orada yaşamış insanların izini daşıyır və tariximizi gələcəyə ötürmək missiyasını yerinə yetirir.
Odur ki, həmin təşəbbüs Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə verdiyi önəmin, ictimai dəstəyin bariz nümunəsini özündə ehtiva edir.
Tam oxu
Xəbəri oxu