Xətaidə mağazadan 10 min manat oğurlanıb

17.06.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xətai rayonunda mağazalardan birindən 10 min manat pul vəsaiti oğurlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada çalışan əvvəllər məhkum olunmuş 32 yaşlı N. Qasımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью