Xətaidə Mübariz Tağıyevlə görüş keçirildi Video

25.08.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avqustun 24-də Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində Azərbaycanın Xalq artisti Mübariz Tağıyevlə görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, YAP Xətai rayon təşkilatı və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Qərbi Azərbaycan İcmasının Xətai rayon nümayəndəliyinin rəhbəri Vilayət Əmirov, şəhid ailələri, mədəniyyət və incəsənət nümayəndələri, ictimaiyyət və rayon sakinləri iştirak ediblər.

Səmimi şəraitdə keçən görüşdə Xalq artisti Mübariz Tağıyevin yaradıcılıq fəaliyyəti, Azərbaycan estrada sənətinə verdiyi töhfələr və sənət yolunda qazandığı uğurlar diqqətə çatdırılıb. Sənətkar öz yaradıcılıq fəaliyyəti barədə fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Daha sonra Mübariz Tağıyevin ifasında səsləndirilən sevilən mahnılar tədbir iştirakçılarına xoş ovqat bəxş edib. İştirakçılar sənətkarın ifalarını böyük maraq və alqışlarla qarşılayıblar.

Görüş Azərbaycan mədəniyyətinin və milli musiqi sənətinin təbliği, eləcə də sənətkarlarla ictimaiyyət arasında canlı ünsiyyətin yaradılması baxımından əhəmiyyətli tədbirlərdən biri olub.











Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью