Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Ötən gün axşam saatlarında paytaxtın Xətai rayonu, Noyabr 8 ünvanında (Nizami parkının yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 1 ədəd işıq diodu yararsız hala düşüb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hazırda hadisə baş verən yolda nəqliyyatın hərəkətində problem yoxdur.
Yararsız lampanın yenisi ilə əvəzlənməsi işlərinə başlanılıb.(auto.fm)