Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xətai rayonunun Sadıqcan küçəsində yaşayan sakinlər piyada səkisinin bir hissəsinin hasarlanmasına etiraz edirlər. Onların sözlərinə görə, ərazi qırmızı lentlə bağlanıb və burada köşk və ya digər obyektin quraşdırılması nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, sakinlər bildirirlər ki, bu vəziyyət piyadaların hərəkətini çətinləşdirdiyi üçün hasarı və yerə bərkidilmiş konstruksiyaları özləri söküblər. Onların fikrincə, səkidə hər hansı obyektin yerləşdirilməsi, xüsusilə əlillər və uşaq arabası ilə hərəkət edən şəxslər üçün ciddi maneə yaradacaq və insanları avtomobil yolundan istifadə etməyə məcbur edəcək.
Şikayətçilər məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, qurumun isə hadisənin araşdırılacağını və əraziyə nümayəndə göndəriləcəyini bildirdiyini qeyd ediblər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)