Xətaidə yenidən ağaclar kəsiləcək və obyekt tikiləcək?

17.03.2025

Icma.az, Yenigundem portalına istinadən məlumatı açıqlayır.

Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsi, 35 ünvanında yerləşən park məhv olmaq təhlükəsi ilə üz-üzədir.

“Yeni Gundem” məlumat verir ki,  sakinlər öz hesablarına ərazidə ağac əkib, yaşıllıq salıblar, amma indi həmin ağacları suvara bilmirlər. Sakinlər deyirlər ki, demək olar, hər gün əraziyə yeni ağaclar əkirlər. Amma ağacları suvarmaq mümkün deyil. Çünki su xətti bilərkədn kəsilib. Parkın bütün təmizliyini isə küçədə yerləşən iaşə obyektlərinin işçiləri edir. Sakinlər bildirirlər ki, aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı agentliyindən  bildirildi ki, ictimai əhəmiyyətli ərazinin su ilə təmin olunması üçün abonentlər ilk olaraq yaşıllaşdırma təsərüffatı birliyinə müraciət etməlidirlər. Məhz bundan sonra məsələyə baxılacaq. Sakinlərin bildirdiyinə görə ətrafda ağacların kəsilib obyekt tikintisi adi hal alıb.  Burada eyni qaydada ağaclar kəsilməsi ehtimal olunur.

Xətai icra hakimiyyəti bu məsələyə heç bir açıqlama almaq mümkün olmadı

Qeyd edək ki, 2019-cu ildən Xətai icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir və Bakı şəhər icra hakimiyyətində olan müşavirələrdə  Eldar Əzizov dəfələrlə  bu bərədə ona xəbərdarlıq edib.XALQ.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью