Xətibzadə: İran son müharibələrdə mövcudluq mübarizəsi aparıb

17.11.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran 12 və 40 günlük müharibələrdə mövcudluq mübarizəsi ilə üz-üzə idi.

Bakıvaxtı.az  ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

"İran 12 günlük və 40 günlük müharibələrdə mövcudluq mübarizəsi ilə üz-üzə idi. ABŞ bu müharibələrdə məğlubiyyətlə üzləşib və öz hədəflərinə çata bilməyib", - o deyib.

Xətibzadənin fikrincə, ABŞ və İsrailə qarşı müharibədə qalib tərəf İrandır: "İndi ən vacib məsələ bu qələbənin möhkəmləndirilməsidir".

O həmçinin İranın müdafiə doktrinasında nüvə silahına yer olmadığını xatırladıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью