Xətt yoxdur, cərimə var? RƏSMİ CAVAB VİDEO

15.01.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Xətai rayonunda avtobus zolağının düzgün xətlənməməsi sürücülərin cərimələnməsi ilə nəticələnib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb. Videoda şikayət edən sürücü bildirib ki, Əhmədli qəsəbəsi, Vunqtau küçəsində avtobus zolağının kənarında qanunvericiliyin tələblərinə uyğun 1.1 xətti çəkilmədiyi halda ona inzibati cərimə tətbiq olunub. Sürücünün sözlərinə görə, yol nişanlanmasının düzgün aparılmaması sürücüləri çaşqın vəziyyətə salır və nəticədə əsassız cərimələrə səbəb olur.

Qırmızı işıqda saniyələrə baxıb qayda pozanlar; bunu bilirdiniz? - AÇIQLAMA - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, videogörüntü ilə əlaqədar araşdırma aparılıb:

"Sözügedən ərazidə 5.9 yol nişanının (ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün ayrılmış zolaq) mövcud olduğu müəyyən edilib. Qanunvericiliyin tələblərinə əsasən, həmin zolaqda digər nəqliyyat vasitələrinin dayanması və durması, eyni zamanda, hərəkəti qadağandır və bu da öz növbəsində inzibati məsuliyyət yaradır".

Oxunub 230

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью