Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Muay-tay və MMA aləmində tanınmış idmançı, əfsanəvi Buakava qalib gələn yeganə azərbaycanlı döyüşçü Xəyal Canıyev karyerasında yeni mərhələyə qədəm qoyur.
İdman.Biz xəbər verir ki, o, bundan sonra gücünü peşəkar boks rinqində sınayacaq.
Xəyal Canıyevin peşəkar boks üzrə ilk döyüşü 14 fevral 2026-cı il tarixində keçiriləcək. Qarşılaşma Rusiyanın Çelyabinsk şəhərində yerləşən “Traktor” buz arenasında baş tutacaq.
Qeyd edək ki, döyüş RCC Boxing Promotions təşkilatının xətti ilə təşkil olunacaq. Azərbaycanlı idmançının rəqibi isə təcrübəli boksçu Vasiliy Podnebesnı olacaq.