Xəyal Əliyev Sabah da qalır, yoxsa gedir? KLUBDAN AÇIQLAMA

23.05.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sabah"ın istedadlı futbolçularından olan Xəyal Əliyevin yeni mövsümə harada başlayacağı müəyyənləşib. O, daha 1 il "Sabah"da çıxış edəcək. 

Sportal.az xəbər verir ki, bu barədə saytımıza klubun mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, futbolçunun hələ bir il qüvvədə olan müqaviləsi davam edir. 

Qeyd edək ki, bu mövsüm "Sabah"ın heyətində Premyer Liqada 29 oyuna çıxan Xəyal Əliyev 6 qol vurub, 2 məhsuldar ötürmə verib. Kubok matçlarında isə 3 oyuna 1 assisti olub. 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью