Xəyal nə vaxt qayıdacaq?

18.06.2026

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çempionlar Liqasına vəsiqə qazanan “Sabah”ın ciddi itki ilə üzləşdiyinizdən xəbərdarsız. Xəyal Əliyev yığmanın heyətində Malta ilə görüşdə zədələnərək meydanı tərk etmişdi. Klubun verdiyi açıqlamada onun sağ ayağında vətərin qopduğu qeyd olunmuşdu. Madriddə əməliyyat olunan sol cinah hücumçusunun durumu necədi? Məşqlərə nə vaxt qoşulacaq?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxlayıb:

“Rəsmi hesabımızda verdiyimiz məlumata görə hələ əməliyyat olunub, bərpa prosesi keçir. Nə vaxt sıraya dönəcəyi bilinmir. Yəqin ki, bir müddət kənarda qalacaq”.


Xatırladaq ki, Xəyal 2024-cü ildən paytaxt təmsilçisində çıxış edir.
İSRAYIL XEYRULLAYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью