futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah”ın futbolçusu Xəyal Əliyev Çempionlar Liqasında “Barselona”ya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az “CBC Sport”a istinadən xəbər verir ki, hücumçu 1:4 hesabıyla bitən matçdan sonra bunları deyib:
“Azarkeşlərə təşəkkür edirəm. Bizi tək qoymadılar. “Barselona” uşaqlığımızın klubudur. Hər futbolçu onlara qarşı oynamaq istəyər. Məşqçimizə təşəkkür edirəm, şans verdi. Məncə, yaxşı oynadım”.
Xəyal pley-offa düşmək şanslarından söz açıb:
“Şanslarımız var. Qələbələr qazana, xallar toplaya bilərik. İnanıram ki, azarkeşlərimizi sevindirəcəyik”.