Xəyalə Mütəllimova: QHT lərin fəaliyyətinin mərkəzində vətəndaş dayanır

27.02.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Xəyalə Mütəllimova QHT.az-a açıqlamasında ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının (QHT) cəmiyyət üçün əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, QHT-lər insan hüquqlarının qorunması, ictimaiyyətin məlumatlandırılması, qanunvericiliyin təkmilləşdirilməsi və sosial problemlərin həllində dövlətə dəstək verirlər. Bununla yanaşı, yoxsulluq, işsizlik, məcburi köçkünlərin problemləri və digər sosial məsələlərin həlli istiqamətində də mühüm fəaliyyətlər həyata keçirilir:

"QHT-lərin fəaliyyətinin mərkəzində vətəndaş dayanır. Bu təşkilatlar insanların ictimai proseslərdə fəal iştirakını təşviq edir, onların hüquq və vəzifələri barədə məlumatlandırır və qərarların qəbulunda iştirakını təmin edirlər. Təbii ki, həm ölkə, həm də qlobal problemlərin əsas hədəfi olan ekologiya mövzusunu da unutmaq olmaz. QHT-lər ətraf mühitin çirklənməsinin qarşısının alınması, yaşıllıqların qorunması və digər ekoloji problemlərin həllində xüsusi fəallıq göstərirlər. COP29 çərçivəsində görülən layihələr daxil olmaqla, müasir tarixdən geriyə doğru getdikcə, müxtəlif aksiyalar və ekoloji problemlərlə mübarizə metodlarının tətbiq olunduğu çoxsaylı işlərin icra edildiyinə şahid olarıq", – deyə Xəyalə Mütəllimova bildirib.

Beynəlxalq QHT Gününün Azərbaycan QHT-ləri üçün əhəmiyyətinə toxunan Xəyalə Mütəllimova, bu günün QHT-lərin öz fəaliyyətlərini təbliğ etməsi, digər təşkilatlarla əməkdaşlıq imkanlarını genişləndirməsi və beynəlxalq təcrübədən yararlanması üçün vacib olduğunu bildirib:

"Beynəlxalq QHT Günü Azərbaycan QHT-ləri üçün öz fəaliyyətlərini təbliğ etmək və digər sahələr üzrə fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq etmək, eyni zamanda beynəlxalq təcrübədən yararlanmaq üçün yaxşı fürsətdir. Bu gün həmçinin QHT-lərin cəmiyyətdəki rolunu artırmaq və dövlət qurumları ilə əməkdaşlığı gücləndirmək üçün də böyük önəm daşıyır. Həll olunmasına ehtiyac və tələb duyulan mövzular ətrafında fərdləri cəmiyyət etməyi bacaran, faydalı və güclü inkişafa xidmət edən Azərbaycan QHT-lərini Beynəlxalq QHT Günü münasibətilə təbrik edirəm, gələcək fəaliyyətlərində uğurlu nəticələr arzu edirəm". (qht.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью