Xəyalə oğlunun 19 yaşını belə təbrik etdi Video

04.09.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aktrisa Xəyalə Quliyeva oğlu Məhəmmədlə bağlı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, aktrisa övladının 19 yaşı tamam olması münasibətilə onu sosial şəbəkə hesabında təbrik edib. O, oğlunun ildən-ilə böyüyərək güclü və güvənə biləcəyi bir insana çevrilməsindən qürur duyduğunu bildirib:

“19 yaşın mübarək, oğlum! İldən-ilə böyüyüb güclü, hər zaman güvənə biləcəyim birinə çevrildiyini görmək məndə böyük qürur hissi yaradır. Qoy, atdığın hər addım səni uğura aparsın, ətrafında həmişə sadiq və etibarlı insanlar olsun. Həyatın bütün imkanlarından düzgün yararlan, qarşılaşdığın çətinliklərdən isə güclənərək çıx.

Hər zaman özünə, arzularına və gücünə inan. Qarşına qoyduğun bütün məqsədlərə çatmağını, xoşbəxt və uğurlu həyat yaşamağını arzulayıram. Unutma ki, nə olursa olsun, mən hər zaman sənin yanındayam. Səni çox sevirəm! 19 yaşın mübarək, mənim qürurum".

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью