Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

31.08.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Finlandiyalı performans sənətçisi Aapo Rautio Hava Gitarası (xəyalən gitara ifa etmək) üzrə Dünya Çempionatının qalibi olub.

Kulis.az xəbər verir ki, öz tamaşaçıları önündə çıxış edən 34,8 xallıq performans sahibi Rautio üst-üstə ikinci dəfə dünya çempionu titulunu qoruyub saxlayıb.



Yarışmada ikinci yeri yaponiyalı Nanami Naqura, üçüncü yeri isə amerikalı Saladin Tomas tutub.
İlki 1996-cı ildə təşkil edilən və bu il 30-cu ilini qeyd edən çempionatda 13 ölkədən 50-dən çox iştirakçı mübarizə aparıb.

Şou xarakterli yarışmanın əsas məqsədinin səhnədə xəyali gitara ifaları vasitəsilə dünya sülhünə töhfə vermək və insanları əyləndirmək olduğu bildirilir.

Qaydalara əsasən, iştirakçılar 60 saniyə ərzində əllərində həqiqi gitara varmış kimi səhnə şousu göstərirlər.

Maestro Niyazinin məzarı ziyarət edildi Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar? Bir yöndəmsiz birəyə görə köynəyi dəyişərlər? - Lalə Bağırova
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью