Xəyalımızın gerçəkləşdiyi gündür Ərdoğan

19.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qızılalma” pilotsuz döyüş təyyarəsinin ordunun inventarına daxil edilməsi ilə bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.

Axar.az xəbər verir ki, Türkiyə lideri bunu böyük bir xəyalın gerçəkləşdiyi tarixi gün adlandırıb.

“Bayraqdar Qızılalma” pilotsuz döyüş təyyarəmiz illərdir davam edən çalışma və böyük səylərdən sonra Türkiyə Silahlı Qüvvələrinin inventarına əlavə edildi. Şanlı ordumuzun “Bayraqdar Qızılalma” ilə qələbədən qələbəyə doğru irəliləyəcəyinə inanır və bu qürurverici inkişafın xeyirli və uğurlu olmasını arzulayıram”, - deyə Ərdoğan qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью