Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İran İslam Respublikası da Rusiya kimi qonşularının ümidinə qalanda cilddən cildə girir, özünü məsum kimi göstərərək Imdad diləyir. Ancaq istəyi müəyyən mənada reallaşanda isə xəyanət ənənəsini davam etdirir. ABŞ-İran gərginliyi fonunda Tehranın Ankaraya münasibətində bunun bir daha şahidi olduq. Başına bombaların yağacağından qorxuya düşüb Türkiyəyə ağız açaraq ABŞ-la vasitəçilik etməsini istəyən Tehran ötən gün xəyanət ənənəsini davam etdirərək danışıqların İstanbulda keçirilməsinə qarşı çıxdı. Budur İranın mahiyyəti, budur rejimin xisləti”.
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, son proseslər bir daha göstərdi ki, molla rejimi dəyişməyənə qədər İran adlanan dövlətin nə siyasəti, nə də xisləti dəyişəcək:
“Halbuki İranın XİN rəhbəri problemin diplomatiik yolla həllinəı nail olmaq məqsədilə Amerikanı yola gətirmək üçün Türkiyəyə ağız açmışdı. Ancaq son anda Tehran, molla rejimi xəyanət yolunu tutaraq görüş yerini İstanbuldan Omana dəyişdi”.
Arzuman Muradlı qeyd edib ki, İrana qarşı bir müddət əvvəl həyata keçirilən 12 günlük müharibənin dayandırılmasında da Türkiyənin müəyyən mənada rolu olmuşdu:
“Ancaq təəssüflər olsun ki, molla rejimi bütün bunları görməzdən gəlir. Öz mahiyyəti, xislətinə uyğun şəkildə davranışlar ortaya qoyur”.
Oman danlışıqlarına gəlincə, politoloq hesab edir ki, İranın Birləşmiş Ştatların şərtlərini qəbul etməkdən başqa yolu yoxdur:
“Əks təqdirdə İrana qarşı hərbi əməliyyatlar qaçılmaz olacaq. Bu isə molla rejiminin sonunu gətirəcək”.
Süleyman