Xəyanətini robot tozsoran üzə çıxardı, əri həbs edildi

08.09.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tayvanda bir kişi həyat yoldaşının xəyanətini sübut etmək üçün robot tozsoranın kamerasından istifadə edib, lakin gizli çəkilişə görə özü həbs cəzası alıb. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, kişi həyat yoldaşının ona xəyanət etdiyindən şübhələnərək evdəki robot tozsoranı mobil tətbiq vasitəsilə uzaqdan işə salıb.

Kameradan həyat yoldaşının başqa kişi ilə birlikdə olduğunu görən şəxs görüntüləri qeydə alıb.

O, həmin görüntülər əsasında həyat yoldaşına və digər kişiyə qarşı məhkəməyə müraciət edib və 500 min Tayvan dolları təzminat qazanıb.

Lakin daha sonra həyat yoldaşı onu icazəsiz çəkilişdə ittiham edərək məhkəməyə verib. Məhkəmə kişinin şəxsi həyatın toxunulmazlığını pozduğuna qərar verib və onu 5 ay müddətinə həbsə məhkum edib. Bundan əlavə, ona 150 min Tayvan dolları cərimə tətbiq olunub. 

Məhkəmə bildirib ki, nikah münasibətləri şəxsin şəxsi həyatının toxunulmazlığı hüququnu üstün tuta bilməz. 

Murad İsmayıl 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью