Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dini ədəbiyyatda Rəcəb, Şaban və Ramazan aylarına “Üç aylar” deyilir.
İslam dünyasında hər il mənəvi mühitin, ab-havanın hökm sürdüyü üç aylar müsəlmanlara mənən yenilənmək imkanı verir.
Üç aylara xas mənəvi gözəlliklərdən, bu aylarda insan qəlbinə əks edən mənəvi zövqlərdən həqiqi mənada həzz almaq üçün ilk növbədə bu ayların “qənimət ayları” olduğunu bilmək lazımdır.
Bu mübarək günlərin üzərimizə yağdırdığı xeyir və bərəkət yağışını hiss edib yaşamaq üçün ilk növbədə Ona inanmaq, Ona yönəlmək lazımdır.
Bu baxımdan məsələyə elə yanaşmalıyıq ki, mümkün qədər Rəcəbləşməli, Şabanlaşmalı və Ramazanlaşmalıyıq.
Üç ayların başlanğıcı olan Rəcəb ayı, Uca Allah tərəfindən Qurani-Kərimdə haram aylar kimi qeyd olunan dörd aydan biridir.
Bu ay həm də Allahın rəhmətinin coşduğu, nemətlərinin yağdığı ay deməkdir. Rəcəb ayının ilk cümə gecəsinə Rəqaib gecəsi deyilir.