Xeyir xəbər təqdim olundu

23.01.2025

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gənc rejissor Fuad Cavadzadənin quruluşunda Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında “Xeyir xəbər” Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında təqdim olunub..

Bir hissəli qəhrəmanlıq dramı olan Xeyir Xəbər tamaçasının Bədi rəhbəri Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının Baş rejissor Firudin Məhərrəmov, Quruluşçu rejissoru Fuad Cavadzadə, Quruluşçu rəssamı Nizami Dadaşev, Musiqi tərtibatçısı Sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, Qrafika işləri isə Sahil Nəzərova məxsusdur.

Rollarda Əməkdar artist Elmira Kərimova aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Məryəm Hüseynli, Elay Xasıyev, Siyavuş Mahmudov, Akif Mirzəyev, Kamran Muradlı, Ramazan Xanlarov, Etibar Əmirov, Əmrah Cəbiyev çıxış edib.
Tamaşa 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, müharibə veteranlarına, qazilərimizə ithaf olunub

Bu serial sərhədləri aşdı - Rusiya, Ukrayna, İspaniya... Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub Hökümə Əliyeva haqqında film çəkiləcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью