Xeyirxah əməllərin səadət payı FOTO

29.09.2026

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Astara rayonunun Ərçivan qəsəbəsinin 90 yaşlı el ağsaqqalı Rəffaq Rəzzaq oğlu Rzayev ali, ülvi dəyərlərə tapınmaqla Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayır. Onun sadəliyi, təvazökarlığı, daxili mədəniyyəti, halallığı heyrət doğurur. Ərçivanlılar bildirirlər ki, həyat yolu xoş arzular üzrə qurulan, amalı Vətəninə, xalqına fayda vermək olan, uzun illər insanların sağlamlığını qoruyan Rəvvaq Rzayev həm də, hamıya düzgün yol göstərib, dilinə yalan, böhtan, şər-şəbədə gətirməyib. El-oba məhəbbətini, sevgisini dünyanın bütün var-dövlətindən uca tutub. İndinin özündə də sadiq olduğu ənənəni davam edir, birinin işinə yarıyanda ondan mənəvi zövq alır. İşıqlı təfəkkürü, zəngin həyat təcrübəsi insanları xoş günlər naminə qurub-yaratmağa səsləyir.
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, aparat əməkdaşları, Astara rayon Mərkəzi Xəstəxanasının direktoru, ərazi partiya təşkilatının sədri Bahadır Əhmədov, Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Dadaş Diyarov Rəffaq Rzayevi 90 illik yubileyi və YAP sıralarında təmsil olunmasının 30 illiyi münasibətilə ziyarət edib, ona xoş arzularını çatdırıb və uzun illər səhiyyə sahəsində göstərdiyi xidmətlər, ictimai fəaliyyəti və zəngin həyat yolu haqqında danışıblar. Həmçinin 90 illik ömrünə dəyər qatan, parlaq xarakterində cəmlənmiş xeyirxahlığı, nəcibliyi, yaratmaq həvəsi , minlərin sevgisini qazanıb yaşamaq eşqi gənc nəslə örnək olduğu bildirilib.
Yubilyar öz növbəsində Ulu Öndər Heydər Əliyev yoluna, onun layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə sədaqətlə xidmət etdiyini və bundan sonra ömrünün qalan hissəsini də belə yaşayacağını deyib, fikrini bu cümlələrlə tamamlayıb: “Heydər Əliyev yolu, apardığı düzgün siyasəti, dəmir iradəsi Azərbaycanı böyük bəlalardan qorumuşdur. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə bizi qalib ölkənin vətəndaşları etmişdir. Ölkəmiz dünyanın böyük ölkələri tərəfindən xüsusi rəğbətlə qarşılanır. Allah Prezidentimizi qorusun”.
Sonda yubilyar göstərilən diqqət və qayğıya görə Partiya rəhbərliyinə öz minnətdarlığını bildirib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью