Xeyli çəki itirən Monika Belluççi gözəlliyi ilə heyran qoydu

14.05.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gözəlliyi və zərifliyi ilə illərə meydan oxuyan italyan aktrisa Monika Belluççi yenidən diqqət mərkəzinə düşüb.

Oxu.Az-ın Spletnik.ru-ya istinadla verdiyi məlumata görə, 60 yaşlı ulduz "Vogue" jurnalının sənət və sənətkarlığa həsr olunmuş yeni nömrəsi üçün kamera qarşısına keçib.

Fransanın Sevr şəhərində yerləşən məşhur çini qablar fabrikində baş tutan fotosessiyada Belluççi aparıcı moda evlərinə məxsus geyimlərdə göz qamaşdırıb. Lakin bu dəfə təkcə geyimlər deyil, aktrisanın bariz şəkildə arıqlamış, incəlmiş bədən quruluşu da sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью