“Xeyr, “istefa” şüarlarını biz səsləndirmədik” “UltraSumqayıt”a mane olublar

22.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Sumqayıt” 19-cu turda evdə autsayder “Səbail”ə iki cavabsız qolla uduzdu. Yəni “dənizçilər” Cavid Hüseynovun rəhbərliyi altında ilk qələbəsini qazandı. Oyunun gedişində sumqayıtlı azarkeşlərin klub rəhbərliyini istefaya səslədiyini xəbər vermişdik.

“İstefa” şüarını sizmi səsləndirdiz? Həqiqətən rəhbərlikdə günah görürsüzmü? Sizcə, Vaqif Cavadov komandanı avrokuboklara apara biləcək məşqçidimi? “Football-plus.az” bu sualları “UltraSumqayıt” azarkeş qrupunun rəhbəri Qüdrət Allahverdiyevə ünvanlayıb:

“Xeyr, “istefa” şüarlarını biz səsləndirmədik. “UltraSumqayıt”ın stadiona daxil olmasına istər polislər, istərsə də bəzi şəxslər çətinlik yaratdı. Buna baxmayaraq, tribunada öz yerimizi almışdıq. Nə klubun, nə də başqa şəxslərin köməyi olmadan hər kəs öz biletinin pulunu vermişdi. Avrokuboklara gəlincə... Turnir cədvəlinə baxsaq, bu mümkünsüzdü. Avrokuboklara qatılmağın bir yolu var, o da Sumqayıtda keçiriləcək ölkə kubokunun finalına vəsiqə qazanmaqdı” .


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью