Xəyyam müəllim bu sözlərlə mənim fatihəmi verdi Qulu Məhərrəmli ilə MÜSAHİBƏ | Icma.az
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı Dövlət Universitetinin iki saylı tədris binasına daxil olarkən təmirdən sonra dəyişən dəhlizlərin mənə yad gəldiyini hiss edirəm.
Tənəffüsdə bir göz qırpımında qələbəlik yarananda isə yadlıq keçib gedir, həyəcan, təlatüm, qayğı elə illər əvvəlki kimi görünür.
Demək, məşəqqət dolu tələbəlik sevinci heç vaxt dəyişmirmiş.
Beşinci mərtəbəyə qalxıb jurnalistika fakültəsinə göz gəzdirirəm, müsahibimin rəhbərlik etdiyi kafedraya yaxınlaşıb qapını döyürəm.
“Gəl!” deyilən kimi qapını açanda kafedrada iclas olduğunu görürəm, istəyirəm, çölə çıxım, təkidlə kabinetə dəvət edilirəm.
Kitab rəfində gözüm bir fəxri fərmana sataşır. Müsahibimin adını oxuyub (Məhərrəmli Qulu Məmmədqulu oğlu) ilk sualımı müəyyənləşdirirəm.
Lent.az bu yaxınlarda 70 yaşı tamam olan Əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin APA-ya müsahibəsini təqdim edir Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar – Taleyinizdən bir ad dəyişmə söhbəti də keçib...
Tam oxu
Xəbəri oxu