Icma.az, Olay.az saytına istinadən bildirir.
Son dövrlərdə dəbdə fərdiləşmə və “vintage” üsluba maraq ənənəvi kimonolardan ilhamlanan paltolar və gödəkçələrdə özünü göstərir.
OLAY yazır ki, özünəməxsus naxışları və xəz detalları ilə seçilən kimono gödəkçələr artıq obrazın əsas elementinə çevrilir. Ən sadə kombinlərə belə fərqli xarakter və cəsarətli üslub qazandıran bu parçalar mövsümün diqqətçəkən trendlərindən biri olmağa namizəddir.
Həm klassik, həm də müasir üsluba uyğunlaşdırıla bilən kimono gödəkçələr fərdi tərzini ön plana çıxarmaq istəyənlər üçün ideal seçimdir.