Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyada Azərbaycan milli xoreoqrafiya sənətini təbliğ edən “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblı Sankt-Peterburqda 7-ci dəfə hesabat konsertini təqdim edib.
“Xəzər” ansamblının bədii rəhbəri Nurlan Zərbəliyev tamaşaçılara kollektivin 2019-cu ildə təsis edildiyi gündən bəri fəaliyyəti və nailiyyətləri barədə danışıb.
Sonda Azərbaycanın Əməkdar artisti Xanlar Bəşirovun iştirakı ilə Azərbaycanın zəngin xalq rəqsləri repertuarından ibarət konsert proqramı təqdim olunub.
Konserti ölkəmizin Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə, Türkiyənin baş konsulu Beşer Başol, Azərbaycan icmasının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, azərbaycanlı tələbələr maraqla izləyiblər.
XQ