Azertag saytına istinadən Icma.az xəbər verir.
Sankt-Peterburq, 22 iyun, AZƏRTAC
Artıq yeddi ildir Rusiyada Azərbaycan milli xoreoqrafiya sənətini təqdim və təbliğ edən “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblı Sankt-Peterburqda hesabat konsertini təqdim edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə, Türkiyənin baş konsulu Beşer Başol, Azərbaycan icmasının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, azərbaycanlı tələbələr iştirak ediblər.
Konsertdə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun rəqs qrupu da çıxış edib.
“Xəzər” ansamblının bədii rəhbəri Nurlan Zərbəliyev tamaşaçılara kollektivin 2019-cu ildə təsis edildiyi gündən bəri fəaliyyəti və nailiyyətləri barədə danışıb.
Gecədə Azərbaycanın Əməkdar artisti Xanlar Bəşirovun iştirakı ilə Azərbaycanın zəngin xalq rəqsləri repertuarından ibarət konsert proqramı təqdim olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq