Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
2025-ci ildə Ukrayna dronlarının hücumlarına məruz qalan Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) bu yaxınlarda başqa bir tək nöqtəli lövbər salma məntəqəsinin istifadəyə verilməsindən sonra tam gücü ilə işləyir. AYNA.AZ qazax mediasına istinadən bildirir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov deyib.
"Məntəqənin tam gücü ilə işləmədiyini söyləmək də yanlışdır. XBKK iki məntəqə ilə işləmək üçün nəzərdə tutulub. Üçüncü məntəqəmiz həmişə ehtiyat kimi xidmət edib. Buna görə də, XBKK hazırda tam gücü ilə işləyir", - deyə nazir bildirib.