Xəzər dayazlaşdı Dağıstanın ərazisi genişləndi

25.10.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Xəzər dənizinin dayazlaşması Dağıstanın ərazisini 2-3 min kvadratkilometr genişləndirib. Suyun səviyyəsinin azalması nəticəsində respublikaya inzibati baxımdan məxsus bir neçə ada quru ərazi ilə birləşib.
Bizim.Media xəbər verir ki, bu barədə geoloq, coğrafiya elmləri üzrə fəlsəfə doktoru İdris İdrisov “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, Dağıstanın ərazisi əvvəlki 50,3 min kvadratkilometrdən təxminən 52-53 min kvadratkilometrə çatıb.
Yaiçnı, Çeçen, Piçujonok, Bazar və Prıquşki adaları artıq materiklə birləşib və onlara avtomobillə getmək mümkündür.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью