Xəzər Dəniz Gəmiçiliyi cərimələnib

28.11.2024

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səbail Rayon Məhkəməsində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə yazılan inzibati protokola baxılıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb, quruma cərimə cəzası kəsilib.

Xatırdaq ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd edək ki, QSC-nin rəhbəri Rauf Vəliyevdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью