Xəzər dənizi ildən ilə geri çəkilir Səbəb

30.09.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəzər dənizində suyun səviyyəsinin azalması davam edir. Aparılan son ölçmələrə əsasən, dənizdə su səviyyəsi son 48 ilin ən aşağı göstəricilərindən birinə çatıb.

Milli.Az xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, bu prosesə təsir edən əsas amillər arasında iqlim dəyişiklikləri və qlobal temperatur artımı xüsusi yer tutur.

Məsələ ilə Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının rəhbəri Seyid Səfərov bildirib ki, son 30 il ərzində Xəzərin səviyyəsi təxminən 2,5 metr aşağı düşüb. Sahilyanı ərazilərdə isə azalma 1,5 metrdən çoxdur.

Xəzərdə suyun azalması təkcə təbiət üçün deyil, həm də iqtisadi və sosial sahələr üçün müəyyən risklər yaradır. Suyun geri çəkilməsi davam edərsə, sahil zonaları ilə yanaşı, gəmiçilik, neft-qaz sektoru və dəniz ekosistemində də ciddi dəyişikliklər baş verə bilər.

Mütəxəssislər Xəzərin səviyyəsindəki dəyişikliklərin səbəblərinin daha ətraflı öyrənilməsinin və gələcəkdə yarana biləcək fəsadların minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью