Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələrini
O, NATO-nun Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxış əldə etməyə çalışdığını bildirib.
Alyansın üzvləri arasında Qara dəniz ölkələri var, lakin Xəzərsahili dövlətlər yoxdur.
Bornitkovun açıqlamasının bu qismi xüsusi diqqət çəkib. NATO Xəzər dənizinə çıxış imkanını necə əldə edə bilər?
Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Rusiya FTX-nin sədri Aleksandr Bortnikovun iddiası həqiqəti əks etdirir: “Ümumiyyətlə, ABŞ və NATO-nun Xəzər dənizinə çıxış əldə etmək kimi bir niyyəti var.
Hətta bununla bağlı planın kod adı “Xəzərdə fırtına əməliyyatı”dır. 30 ildir ki, Vaşinqton onun icrasına çalışır.
Son illərdə isə bu məsələdə xüsusi aktivlik müşahidə edilir.
Bunun səbəbi isə Zəngəzur dəhlizinin fəaliyyətinin bərpa edilməsi perspektividir.