Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 14 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.
Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Rahim Ramiz oğlu Osmanovun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.