Xəzər dənizində Azərbaycana təhlükə varmı? GENERAL DANIŞDI

18.08.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Abbas Xəlilov deyib. 

O bildirib ki, sonrakı illərdə Sahil Mühafizəsinin infrastrukturu əsaslı şəkildə inkişaf etdirilib, texniki-müşahidə imkanları genişləndirilib, müasir kater və sərhəd gəmilərinin istifadəyə verilməsi təmin edilib.

“Dövlət Sərhəd Xidmətinin Gəmi İnşası və Təmiri Mərkəzinin yaradılması isə Azərbaycan sərhəd mühafizəsinin dəniz imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəltdi”, - general-leytenant vurğulayıb. 

A.Xəlilovun sözlərinə görə, bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycan sektorunda dövlət sərhədinin mühafizəsi, sərhəd rejiminin təmin olunması, qanunsuz fəaliyyətlərin qarşısının alınması, strateji əhəmiyyətli enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью